respublikainfo

Azərbaycan nazirinin qızı Rusiyada nazir təyin edildi – FOTO

26-09-2018, 13:07

Azərbaycan nazirinin qızı Rusiyada nazir təyin edildi – FOTO















Şirəliyeva Nərmin Oqtay qızı Moskva diyarının Mədəniyyət naziri təyin edilib.

Aznews.az xəbər verir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: “Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Xatırladaq ki, N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.

İngilis və fransız dillərini bilir.

2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 33}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17