respublikainfo

“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudovdan kəndliləri təhqir edənə SƏRT CAVAB

26-04-2018, 14:58

“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudovdan kəndliləri təhqir edənə SƏRT CAVAB















Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov sosial şəbəkədə kənd camaatını təhqir edən "Bakı Metropoliteni”nin marketinq şöbəsinin direktoru Lalə Babayevanın fikirlərinə münasibt bildirib.

Rəşid Mahmudov Sfera.az-a açıqlamasında Lalə Babayevanın gənc olduğu üçün düşünmədən bu cür aşağılayıcı fikirlər söylədiyini bildirib.

"Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu, ayaqyalın tinlərdə dayanırdı və sairə bu cür işlərlə məşğul olurdular. Ümumiyyətlə, kəndli-şəhərli ayrı-seçkiliyi salmaq yolverilməzdir. Bu cür fikirlər cəmiyyəti parçalamağa yönəlmiş təxribat xarakterli hərəkətlərdir. Kəndçiliyə qalsa, ən böyük kəndçi özüməm. Amma mən heç zaman kəndli-şəhərli söhbəti etmərəm. Hamımız azərbaycanlıyıq, vəssalam!”.

R.Mahmudov insanları bu cür həssas məsələlərdə diqqətli olmağa çağırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 98}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17