respublikainfo

“iPhone” və “iPad” sahiblərinə müjdə: “iOS 11.4” çıxdı

31-05-2018, 15:22

“iPhone” və “iPad” sahiblərinə müjdə: “iOS 11.4” çıxdı














“Apple”, “iPhone” və “iPad” üçün “iOS” 11.4 yenilənməsi yayımlanıb.
“Apple” şirkəti gələn həftə “iOS 12”nin təqdimatını keçirəcək. Amma bundan əvvəl yayımlanan “iOS 11.4” tətbiqi “AirPlay2” və “iCloud”dakı ismarış xüsusiyyətlərini “iPad” və “iPhone”lara gətirib.

“AirPlay 2” və “HomePod” smart səsucaldanları çoxlu otaq və stereo səs sitemlərinin qurulmasına şərait yaradır. “AirPlay 2” eyni zamanda “Apple TV” ilə də uyğunlaşır. “iPhone” və “iPad”lərlə də idarə edilə bilir.
Digər xüsusiyyət isə “iCloud”dakı ismarışlardır. Mesaj və fotoları, videoları “iCloud”da saxlamağa imkan verir. “iMessage” hesabı isə yeni bir mobil telefona giriş edəndəı bütün ismarışları avtomatik görməyə imkan verir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 89}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17