respublikainfo

Mədət Quliyev idman ulduzu ilə veloyürüşdə – VİDEO

18-07-2017, 14:16

Mədət Quliyev idman ulduzu ilə veloyürüşdə – VİDEO













Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.

Gundem.ws baku.ws-yə istinadən xəbər verir ki, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı, Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.

“Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın Milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, - deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.

Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şose velosipedçisi, “Synergy Baku Cycling Project” komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
[center]


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 146}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17