respublikainfo

Elman Rüstəmov: "ilin sonuna qədər inflyasiya aşağı düşəcək"

7-09-2018, 15:28

Elman Rüstəmov: "ilin sonuna qədər inflyasiya aşağı düşəcək"














"Bu ilin yanvar-iyul aylarının yekununda Azəbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. İlin sonuna qədər bu rəqəmin proqnozlaşdırılan həddən (6-8%) aşağı olacağı gözlənilir".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda deyib.

Bundan başqa, onun sözlərinə görə, 2018-ci ilin sonuna qədər ölkənin strateji valyuta ehtiyatları artacaq, tədiyyə balansındakı profisit qalacaq.
"Orta müddətli perspektivdə moneytar siyasətin əsas məqsədi makroiqtisadi sabitlik hədəflərinin genişləndirilməsidir. Restrukzasiya və sağlamlaşdırılma üzrə yeni siyasət həyata keçirilməlidir. Dövlət qiymətli kağızlar bazarının həcmi daha da artırılmalıdır. Hazırda bununla bağlı böyük imkanlar var", - AMB sədri qeyd edib.

E.Rüstəmov Azərbaycanın Qlobal Rəqabətlilik indeksində 34 pillə irəlilədiyini də vurğulayıb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 124}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17