respublikainfo

Azərbaycanda 800 manata dövlət maşını satılır

26-08-2018, 15:50

Azərbaycanda 800 manata dövlət maşını satılır














Bir sıra dövlət qurumlarının balanslarındakı köhnə nəqliyyat vasitələri satışa çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Minval.İnfo-ya verilən xəbərə görə, Milli Məclis Aparatının mətbəəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi və Baş Prokurorluğun balanslarındakı nəqliyyat vasitələri hərrac yolu ilə sentyabrın 25-də satılacaq.

Hərracda ən ucuz avtomobil Milli Məclis Aparatının mətbəəsinə məxsusdur. Buraxılış ili 1995-ci il olan QAZ-31029 markalı avtomobil 800 manata satışa çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus, buraxılış illəri 1989-cu il olan dörd ədəd KAMAZ-55111 markalı nəqliyyat vasitəsinin satış qiyməti isə hər biri üzrə 3500 manatdır.

Hərracda Baş Prokurorluğa məxsus QAZ-31105-100 markalı avtomobil 2000, VAZ-21213 markalı avtomobil isə 1300 manata satılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 87}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17