respublikainfo

UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək — Təşkilat Komitəsi yaradıldı

8-05-2018, 13:17

UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək — Təşkilat Komitəsi yaradıldı















Azərbaycan prezidenti İlham Əliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
"Ölkə.Az"ın məlumatına görə, Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir, habelə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.
UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək — Təşkilat Komitəsi yaradıldıUEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək — Təşkilat Komitəsi yaradıldı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 172}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17