respublikainfo

“Qarabağ” “Beşiktaş”a yox dedi

28-08-2017, 13:50

“Qarabağ” “Beşiktaş”a yox dedi













Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib.

Fanat.az xəbər verir ki, Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

Amma Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması səbəbindən iş yükünün çoxalması, eləcə də futbolçuların əksəriyyətinin milli komandalarının düşərgəsində olması ilə əlaqədar "Qarabağ” bu təklifə mənfi cavab verib.

"Qarabağ”ın direktoru Əmrah Çəlikəl qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 182}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17