respublikainfo

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"

24-08-2017, 13:21

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"














“Bu gün tək biz yox, bütün Azərbaycan xalqı qələbə arzulayırdı. Hər kəsi, bütün azərbaycanlıları təbrik edirəm”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Kopenhagen”ə 1:2 hesablı məğlub olmasına baxmayaraq, səfər qolunun hesabına mərhələ keçən Azərbaycan çempionunun çalışdırıcısı “İdman Azərbaycan” kanalının canlı efirində fikirlərini bölüşüb.

O, tarixi nəticəni belə şərh edib: “Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. İlk dəfə idi ki, məğlubiyyətə sevinirdim. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.

Təcrübəli mütəxəssis yekunda transfer haqqında da danışıb: “Transfer mütləq etmək istəyirik. Çalışırıq ki, heç olmasa, 1-2 oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 164}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17