respublikainfo

Salahdan fantastik qol – Video

15-10-2018, 13:03

Salahdan fantastik qol – Video














“Liverpul”un və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi bacarığı ilə futbol azarkeşlərinin diqqətini cəlb edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, futbolçu Misir yığmasının Svazilend komandasına qarşı oyununda özünün daha bir məharəti ilə seçilib.

Belə ki, matçın 45-ci dəqiqəsində hücumçu künc zərbəsindən topu rəqib komandanın qapısından keçirib. Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Məhəmməd Salahın adı “Qızıl top”a namizəd olan futbolçuların siyahısındadır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 95}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17