respublikainfo

Oyuna hakim göndərməyi unutdular – Azərbaycanda

1-10-2018, 12:50

Oyuna hakim göndərməyi unutdular – Azərbaycanda














AFFA-nın bayrağı altında keçirilən U-15 Liqasında kuryoz bir hadisə baş verib.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, AFFA-nın Hakim və Hakim-İnspektorlar Komitəsi bu günə nəzərdə tutulan “Neftçi” – “Gəncə” oyununa hakim təyin etməyi unudub.

Hadisənin üstü isə bu oyun başlayan zaman açılıb. Belə ki, komandalar meydana çıxsalar da, hakimlərin gəlib çıxmadığını görən klub rəsmiləri AFFA ilə əlaqə saxlayıblar. Məhz bu vaxt məlum olub ki, AFFA rəsmiləri təyinatları açıqlayarkən sözügedən görüşü unudublar.

Matçı təxminən 20-25 dəqiqə yan xətt hakimi idarə edib. Baş hakim isə təxminən 40 dəqiqədən sonra gəlib çıxıb. İkinci yan xətt hakimi də işinin başına sonradan gəlib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 56}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17