respublikainfo

Adnan Oktara “bacılar”dan daha bir zərbə — VİDEO

16-09-2018, 16:13

Adnan Oktara “bacılar”dan daha bir zərbə — VİDEO















Pars təşkilatın bütün işləri ilə bağlı polisə məlumat verib

Adnan Oktara daha bir yaxını xəyanət edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 30 ildən artıqdır Adnan Oktar qrupunda olan Ayça Pars 120 səhifəlik ifadəsində təşkilatın sirlərini açıb.

Məlumata görə, 30 ildir Oktarın yanında olan və təşkilatın rəhbərliyində “bacılar” qrupunda yer alan Ayça Pars azadlığa buraxılıb. Baş verənlər barədə etirafla çıxış edən qadın peşman olduğunu bildirib. Pars təşkilatın bütün işləri ilə bağlı polisə məlumat verib.

Ayça Parsın 30 il əvvəl İstanbulda Adnan Oktarın təbliğat qrupuna aldanaraq təşkilata qatıldığı müəyyən edilib. Pars etirafçı olduqdan sonra azadlığa buraxılıb və təşkilatın uzun illər görüşmə qadağası qoyduğu anası ilə birlikdə ailəsinin yanına qayıdıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 68}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17