respublikainfo

Space-in aparıcı döyüldü, kamerası sındırıldı - VİDEO

3-05-2018, 15:00

Space-in aparıcı döyüldü, kamerası sındırıldı - VİDEO













Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin aparıcısına yenə də hücum edilib.

1 may tarixində yayımlanan buraxılış yaşayış binalarının 1-ci mərtəbəsində günü gündən fəaliyyəti artan kafelərlə bağlı olub. Belə ki? sakinlər televiziyaya müraciət edərək, artıq təngə gəldiklərini və hər gün musiqi və söyüşlərdən bezdiklərini bildiriblər. Daha sonra teleaparıcı binanın aşağı mərtəbələrində fəaliyyət göstərən kafelərə yollanıb. Görüntülərdən də gördüyünüz kimi kafelərin sahibləri çəkilişin məqsədini bilər bilməz hücuma keçirlər. "Qarabağ" kafesinin sahiblərindən sayılan bir nəfər şəxs isə aparıcı və operatora hücum edir və kameraya zədə yetirir. Ardınca əraziyə polis əməkdaşları və tədqiqatçılar gəlir. Verilişin sabah (2 may saat 19:55 də) ardı yayımlanacaq...

Qeyd edək ki, bununla artıq 5-ci dəfədir ki Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin əməkdaşlarına və aparıcısına qarşı zor tədbiq edilir. Veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 121}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17