respublikainfo

Bakıda "Vertu" alıb pulunu ödəməyən polkovnik hakim qarşısında- 800 minlik dələduzluq

28-03-2018, 15:25

Bakıda "Vertu" alıb pulunu ödəməyən polkovnik hakim qarşısında- 800 minlik dələduzluq














Sabiq polkovnikin məhkəməsi başlayıb. Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanov hakim qarşısına çıxarılıb.

Onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə F.Məmmədxanovun vəkilləri vəsatət qaldıraraq müdafiə etdikləri şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib. Baxış iclası aprelin 4-də keçiriləcək.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan "Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir (musavat.com)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 271}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17