respublikainfo

Oğul anasını yumruqla vurub öldürdü

27-02-2018, 13:08

Oğul anasını yumruqla vurub öldürdü












Hadisə Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb.
“Ölkə.Az”ın xəbərinə görə, Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan Allahverən qızı İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.

Qaradağ RPİ-si 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü İslamov Cəmil Ağasəlim oğlu saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 119}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17