respublikainfo

Rusiyalı dünya çempionunu qətlində təqsirləndirilən azərbaycanlının məhkəməsi başladı

15-01-2018, 12:59

Rusiyalı dünya çempionunu qətlində təqsirləndirilən azərbaycanlının məhkəməsi başladı














Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin qətli ilə bağlı məhkəmə prosesi başlayıb.
"Ölkə.Az" xəbər verir ki, Xabarovsk vilayətində 2017-ci ilin avqust ayında baş verən insidentə görə təqsirli bilinən Anar Allahverənovun məhkəməsinin dinləmə prosesi 23 yanvar tarixinə təyin edilib.
İstintaqın nəticələrinə əsasən, Anar Draçevin başına və bədəninə 21 zərbə endirib. Aldığı zərbələrdən yerə yıxılan idmançının başına da 5 zərbə endirib. İdmançı aldığı zərbələrdən xəstəxanada keçinib. Allahverənov hadisədən 3 ay sonra hüquq-mühafizə orqanlarına təslim olmuşdu.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 98}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17