respublikainfo

Goranboyda kütləvi dava — Ölən və yaralananlar var

5-01-2018, 13:44

Goranboyda kütləvi dava — Ölən və yaralananlar var















Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub.
AZTB.info APA-ya istinadən xəbər verir ki, dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb.

Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub - Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.

İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.

Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 113}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17