respublikainfo

Azərbaycanda oğlan özündən 2 yaş kiçik "anasını" ödürdü: su quyusunda basdırdı

14-11-2017, 13:26

Azərbaycanda oğlan özündən 2 yaş kiçik "anasını" ödürdü: su quyusunda basdırdı














Şamaxı şəhərində qətl hadisəsi baş verib.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, hadisə noyabrın 13-də baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib. Daha sonra R.Bağırov ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb.

R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 133}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17