respublikainfo

“JEK”də işləyən qadının başını kəsdilər — Meyitini əri tapdı

12-11-2017, 13:59

“JEK”də işləyən qadının başını kəsdilər — Meyitini əri tapdı













Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. Hadisə ötən axşam şəhərin birləşmiş məhəllə ərazisində baş verib.
AZTB.info-nun “Xeberle.com”a istinadən məlumatına görə, mənzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr endiriblər. Daha sonra isə başını kəsiblər.

Qadının meyitini həyat yoldaşı aşkar edib. Qətli törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, qətlə yetirilən Nuridə Həsənovanın Sumqayıtda Mənzil İstismar Sahəsində (“JEK”) çalışdığı bildirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 151}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17