respublikainfo

İlk dərs günü qəzaya qurban getdilər

16-09-2017, 19:30

İlk dərs günü qəzaya qurban getdilər














Dünən Ucar rayonunda baş verən dəhşətli qəzada həyatını itirən iki azyaşlının fotosu yayılıb.

Sentyabrın 15-də saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər sakini Elmin Hüseynovun idarə etdiyi "Toyota” markalı avtomobili yolayırıcısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 6 yaşlı Ucal Elmin oğlu Hüseynov və 4 yaşlı Firdovsi Elmin oğlu Hüseynov hadisə yerində ölüblər. Digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 6 yaşlı Ucal dünən ilk dəfə məktəbə gedibmiş.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
///Axar.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 123}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17