respublikainfo

Ağcaqanadı öldürüb fotosunu paylaşdı, səhifəsi ömürlük blok edildi

2-09-2017, 14:53

Ağcaqanadı öldürüb fotosunu paylaşdı, səhifəsi ömürlük blok edildi














Twitter, ağcaqanadı təhdid edən və daha sonra onun ölü vəziyyətinin fotosunu paylaşan yaponiyalı şəxsin səhifəsini ömürlük blok edib.

Hər şey 20 Avqust tarixində baş verib. @nemuismywife ləqəbli yaponiyalı Twitter istifadəçisi, televizor izlədiyi zaman ağcaqanad onu bir neçə dəfə dişləyib. Həmin şəxs, ağcaqanadı öldürərək növbəti tweet-i paylaşıb: “Mən televizora baxan və istirahət etməyə çalışan zaman sən məni dişləməklə nəyə nail oldun? Öl! (bir tərəfdən sən artıq ölmüsən)”.

Bununla yanaşı o, ölmüş ağcaqanadın fotosunu da paylaşmışdı. Bir neçə müddətdən sonra isə o, Twitter-in administrasiyasından məktub aldı. Həmin məktubda onun Twitter səhifəsinin ömürlük block olunduğu bildirilmişdi. Daha sonra yaponiyalı şəxs, @DaydreamMatcha adlı yeni səhifə yaradaraq sosial şəbəkəni tənqid etmişdi.

“Mən, ağcaqanadı öldürdüyümü bildirəndən sonra mənim səhifəm ömürlük block olundu. Bu qayda pozuntusudur?” – deyə o bildirmişdi. Ola bilər ki, həmin tweet, sosial şəbəkə tərəfindən yenicə istifadəyə verilmiş xüsusi alqoritm tərəfindən aşkar edilmişdi. Həmin alqoritm isə istənilən istifadəçinin aqressiv davranışını təyin etmək üçün nəzərdə tutulub (technote.Az).


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 142}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17