respublikainfo

Nardaranlıların məhkəməsi: Hakimlərə ayaqqabı atdılar

21-07-2017, 12:50

Nardaranlıların məhkəməsi: Hakimlərə ayaqqabı atdılar
















Bu gün Bakı Apellyasiya Məhkəməsində “Nardaran hadisələri”nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib

Hakim Əmir Bayramovun icraatında olan prosesdə gərginlik yaşanıb.

Təqsirləndirilən şəxslər çıxış edərkən hakim fasilə elan edib. Fasilədən sonra isə çıxış etmək üçün prokurora söz verib. Təqsirləndirilənlər buna etiraz ediblər və çıxışlarına davam etmək istədiklərini bildiriblər. Lakin onların istəyi nəzərə alınmayıb. Bu zaman həmin şəxslər ayaqqabılarını çıxararaq hakimlərə atıblar. (qafqazinfo)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 129}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17