respublikainfo

Daha bir xəstə həkim səhvinin qurbanı oldu - Video

18-07-2017, 12:30

Daha bir xəstə həkim səhvinin qurbanı oldu - Video

















53 yaşlı Şölə Quliyeva uzun illər "varikoz ” kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağından əməliyyat olunub. İki ay xəstəxanada yatdıqdan sonra evə göndərilib

Əməliyyatdan sonra ayağının düzəlmədiyini görən qadın müayinə üçün digər özəl bir xəstəxanaya müraciət edib. Həmin xəstəxanadan isə əməliyyatın səhv edildiyi bildirilib.

Qeyd olunur ki, xəstəni Angioloji Mərkəzdə həkim Azər Şəmsəddinski əməliyyat edib.

Angioloji Mərkəzin şöbə müdiri Vəli Nəsibov əməliyyatın səhv olduğunu eşidəndə təəccüblənib və mərkəzin indiki baş həkimi ilə əlaqə saxlamağı məsləhət görüb.

Lakin telekanalın əməkdaşları xəstəxanaya gedəndə, onları içəri buraxmayıblar.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, rəsmi müraciət olunmalıdır və komissiya tərəfindən araşdırma aparılmalıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 143}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17