respublikainfo

ATU-nun tələbəsi 4-cü mərtəbədən yıxılıb öldü - FOTO

13-06-2017, 12:45

ATU-nun tələbəsi 4-cü mərtəbədən yıxılıb öldü - FOTO

















Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" bildirir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.
Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı idi.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 197}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17