respublikainfo

MTN-də agentura şəbəkəsinə ayrılan məbləğ açıqlandı - Şok rəqəm

13-05-2017, 15:35

MTN-də agentura şəbəkəsinə ayrılan məbləğ açıqlandı - Şok rəqəm

















Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən agentura şəbəkəsinə xərclənən pul vəsaitinin miqdarı açıqlanıb

Bu haqda MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinin materiallarında qeyd edilib.

Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş "9-cu maddə” üzrə Antterror Mərkəzinə 8.319.533.45 AZN, 2.033.467 ABŞ dolları və 450.570 avro məbləğində pul vəsaiti verilib.

Qeyd olunur ki, Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə cəmi 5.148.735 AZN və 1.358.500 ABŞ dolları pul vəsaitinin mənimsənildiyini qənaətinə gəlinib.

MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Onlar bir sıra cinayətlərdə ittiham olunurlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 182}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17