respublikainfo

Trampdan Türkiyəyə daha bir zərbə

14-08-2018, 16:20

Trampdan Türkiyəyə daha bir zərbə















Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədini təsdiq edib.
Mia.az bildirir ki, yeni büdcə layihəsinin təsdiqlənməsi ilə ABŞ-ın Türkiyəyə qarşı daha bir sanksiyası qüvvəyə minib.
Belə ki, sənədə əsasən, Tramp ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını da əngəlləyib.
Onu da qeyd edək ki, yeni büdcəyə görə, ABŞ-da hərbçilərin sayı artırılacaq. Onların sayı təqribən 16 min nəfər artacaq. Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 84}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17