respublikainfo

Minlərlə hamilə qadın ölümlə üz-üzə – ŞOK HESABAT

6-08-2018, 14:27

Minlərlə hamilə qadın ölümlə üz-üzə – ŞOK HESABAT














Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) yəmənli hamilə qadınlarla bağlı hesabatını təqdim edib.

Teleqraf.com xəbər verir ki, UNFPA Yəmənin 4 ildir müharibənin davam etdiyi Hüdeydə şəhərində hamilə qadınların ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.

Hesabata görə, müharibə bölgədə səhiyyə sistemini tamamilə sıradan çıxarıb, xəstəxanalar yerlə-yeksan edilib. Hamilə qadınlar xidmət səviyyəsinin aşağı düşməsinə görə ölüm riski ilə üz-üzə qalıblar.

Bölgədə minlərlə hamilə qadın yaşayır.

UNFPA hesabatında Yəməndə ana ölümlərinin 2015-ci ilə müqayisədə iki dəfə artdığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 2014-cü ildən Yəməndə vətəndaş müharibəsi gedir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 72}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17