respublikainfo

Şimali Koreyanın sərt bəyanatı — "Müharibə elanı kimi qəbul edərik"

11-12-2017, 14:19

Şimali Koreyanın sərt bəyanatı — "Müharibə elanı kimi qəbul edərik"














Şimali Koreyanın rəsmi mətbuat orqanı "Rodong Sinmun" qəzeti yeni hökumətin yeni bəyanatını səsləndirib.
"Ölkə.Az" xəbər verir ki, Şimali Koreya ABŞ tərəfindən tətbiq edilə biləcək dəniz mühasirəsini müharibə elanı kimi qəbul edəcəyini bəyan edib.

Qəzetin yazdığı məqalədə deyilir: "ABŞ xarici işlər naziri Reks Tillerson, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert MakMaster, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley və digər diplomatlar daxil olmaqla ABŞ rəsmiləri dəniz mühasirəsindən bəhs edirlər. ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilə biləcək belə bir həmlə Şimali Koreyanın müqəddəs suverenliyi və şərəfinə bir hücum kimi dəyərləndiriləcək".
Rəsmi yazıda bildirilir ki, ABŞ və müttəfiqlərinin dəniz mühasirəsi böyük bir fəlakətə səbəb olacaq. Atılan istənilən addıma sərt cavab veriləcəyi də bəyanatda səsləndirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 120}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17