respublikainfo

Gürcüstan yasda: Batumidə 11 nəfər yanaraq öldü — FACİƏ - VİDEO

25-11-2017, 14:16

Gürcüstan yasda: Batumidə 11 nəfər yanaraq öldü — FACİƏ - VİDEO












Batumi şəhərində yerləşən "Leo Qrand" otelində yanğın baş verib.
"Ölkə.Az" xəbər verir ki, insident nəticəsində 11 nəfər həlak olub, 21 nəfər xəsarət alıb. Məlumatı Gürcüstanın daxili işlər nazirliyi yayıb.

Nazirliyin məlumatına görə oteldə "Miss Gürcüstan" gözəllik müsabiqəsi keçirilirmiş. Həlak olanlardan 10 nəfəri gürcü vətəndaşı, bir nəfər isə İran vətəndaşıdır. Xəsarət alanlar arasında İsrail və Türkiyə vətəndaşları da var.
Yanğın otelin dördüncü mərtəbəsində, axşam saatlarında başlayıb. Ehtimal edilir ki, yanğın spa-mərkəzində başlayıb. Bu vaxt "Miss Gürcüstan" müsabiqəsinin iştirakçıları spa-salonda olublar. Gözəllər təxliyə edilib, onlardan xəsarət alan yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 108}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17