respublikainfo

Zimbabvenin 93 yaşlı prezidentinin hakimiyyət “sevgisi” tükənmir — Robert Muqabe istefaya getməkdən imtina edib

17-11-2017, 14:39

Zimbabvenin 93 yaşlı prezidentinin hakimiyyət “sevgisi” tükənmir — Robert Muqabe istefaya getməkdən imtina edib














Zimbabve pezidenti Robert Muqabe istefaya getməkdən imtina edib.
“Ölkə.Az” xəbər verir ki, 93 yaşlı president hərbçilərlə danışıq zamanı bu barədə bildirib. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Verilən məlumata görə, ölkənin hərbi qüvvələrinə yaxın mənbə deyib ki, pezident bununla vaxt udmaq istəyir.

“Onlar bu gün görüşüblər. O istefa verməkdən imtina edib. Fikrimcə, o sadəcə vaxt udmaq istəyir”, - deyə mənbə bildirib.
Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 112}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17