respublikainfo

Rusiyadan Kanada sanksiyalarına qarşı — MÖHTƏŞƏM CAVAB

4-11-2017, 15:11

Rusiyadan Kanada sanksiyalarına qarşı — MÖHTƏŞƏM CAVAB














Rəsmi Moskvanın Kanadaya cavabı özünü çox gözlətməyib.
“Ölkə.Az” xəbər verir ki, Rusiya Kanadanın tətbiq etdiyi sanksiyalara cavabını elə qadağalarla verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyini mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Kanadanın Rusiya vətəndaşlarına tətbiq etdiyi sanksiyalara qarşı eyni addım atılıb.

“Kanada Rusiya vətəndaşları olan iş adamlarına haqsız yerə sanksiyalar tətbiq edib. Biz də, öz növbəsimizdə Kanada vətəndaşı olan müxtəlif peşə sahiblarının və iş adamlarının siyahısını hazırladıq. Onların Rusiya ərazisinə giriş qadağan edilir. Həmin siyahıda Rusiya xofu olan insanlar əks olunub. Hansı ki, həmin şəxslər iki ölkə arasındakı əlaqələrə xələl gətirirlər”, - deyə Mariya Zaxarova bildirib.
Qeyd edək ki, noyabrın 3-də Kanada Rusiyaya qarşı sanksiyalar qəbul edib. Sanksiyalara əsasən bir neçə rusiyalı iş adamı “Maqnitski siyahısı”na salınıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, artıq sanksiyaya salınacaq Rusiya vətəndaşlarının siyahısı hazırlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 142}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17