respublikainfo

Telman İsmayılovun oteli rezervasiyanı dayandırıb, işçilər maaşını ala bilmir

22-09-2017, 13:37

Telman İsmayılovun oteli rezervasiyanı dayandırıb, işçilər maaşını ala bilmir













"Mardan Palace" hotelinin işçiləri maaşlarını ala bilmədikləri üçün Əmək və İş İdarəsinə şikayət ediblər.

AZXEBER.COM türk mediasına istinadən xəbər verir ki, müvafiq quruma daxil olan şikayət ərizələrinə hotel personalının mütləq əksəriyyəti qol çəkib.

Bununla yanaşı hotelin internet saytı üzərindən satışlar da dayandırılıb. İnternet resurs üzərindən rezervasiya etmək istəyənlər "Aradığınız kriterlere uygun oda bulunamamıştır" bildirişi üzləşirlər. Bundan başqa, hotelin rezervasiya xətti və elektron poçt vasitəsilə müraciətlərə cavab verilmir.

İnzibatçılar isə iddia edir ki, hotel fəaliyyətini dayandırmayıb, onlayn rezervasiyalara isə 1 həftəlik fasilə verilib.

Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılova məxsus və dəyəri 1,4 mlrd. dollar olan "Mardan Palace" 2009-cu ildən etibarən fəaliyyət göstərir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 107}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17