respublikainfo

Müharibəyə səbəb olacaq QƏRAR: Rusiya sərhədində yeni “dövlət” YARADILIR

18-07-2017, 17:46

Müharibəyə səbəb olacaq QƏRAR: Rusiya sərhədində yeni “dövlət” YARADILIR














Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Zaxarçenko bu haqda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü 3 il çəkəcək.
“Vəziyyət dalandadır. Biz ölkənin reinteqrasiyası planını təklif edirik. Vətəndaş müharibəsini dayandırmaq üçün vəziyyəti müzakirə etdik və nəticəyə gəldik ki, Ukrayna özünü baş tutmayan dövlət kimi göstərdi. Kiyev rejimi vətəndaş müharibəsinə son qoymaq vəziyyətində deyil. Vəziyyətdən çıxış yolu Malorusiya dövlətini təsis etməkdir. Malorusiya müstəqil gənc dövlətdir”, - Zaxarçenko deyib.
Qeyd edək ki, Kiyev “DXR” və “LXR”i (Rusiya onları “xalq respublikaları” adlandırır –red.) tanımır, onların nəzarəti altında olan əraziləri işğal edilmiş, hərbi gücləri isə terror qrupları hesab edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 154}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17