respublikainfo

Dünyanı dəhşətə gətirəcək HƏRBİ SİRR: Jirinovski canlı yayımda AĞZINDAN QAÇIRTDI – VİDEO

15-10-2018, 14:01

Dünyanı dəhşətə gətirəcək HƏRBİ SİRR: Jirinovski canlı yayımda AĞZINDAN QAÇIRTDI – VİDEO















Rusiya “S-600” və “S-700” hava hücumuna qarşı müdafiə komplekslərinə malikdir.

Bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski oktyabrın 11-də “Vladimir Solovyevlə axşam” tok-şousunun efirində bildirib.

O, Rusiyanın “S-300” zenit raket sistemlərinin Suriyaya çatdırılmasının diplomatik nəticələri haqqında danışıb.

“Amerikalılar bütovlükdə qorxurlar ki, bütün dünya onların ən yaxşı müdafiə sistemləri olduğunu görəcək. Və bizdə “S-400”, “S-500”, “S-600” və “S-700” var. Bütün planeti bağlaya bilərik və heç bir təyyarə havaya qalxmayacaq”, - siyasətçi deyib.

Parlament üzvünün bəyanatı gülüş və zarafatlarla qarşılanıb. Xüsusi halda aparıcı Vladimir Solovyev ona məsləhət görüb ki, təsadüfən bütün sirləri vermək lazım deyil.

“Siz birdən “S-1500” qorxunc sistemdən danışacaqsınız”, - aparıcı bildirib.

“”S-700” hələ son deyil”, - liberal demokratların lideri cavab verib.

Qeyd edək ki, hazırda Rusiyada bu komplekslərin yeni nəsli olan “S-500” (“Prometey”) üzərində iş gedir. “S-600” və “S-700” komplekslərinin yaradılması haqqında heç bir informasiya yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 39}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17