respublikainfo

İcbari tibbi sığorta başqa rayonlarda da tətbiq ediləcəkmi? – Sədrdən açıqlama

31-01-2019, 12:37

İcbari tibbi sığorta başqa rayonlarda da tətbiq ediləcəkmi? – Sədrdən açıqlama















“Bu il Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni pilot rayonlar müəyyən edilməyəcək”.

Bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, bu, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin gələn ildən nəzərdə tutulması ilə bağlıdır:

“Biz bütün ölkədə bu sistemin tətbiqi üçün artıq hazırlıq prosesinə başlamışıq”.

Agentlik rəhbəri əlavə edib ki, bu il icbari tibbi sığorta sistemi ötən il olduğu kimi 3 rayonda pilot layihə şəklində davam etdiriləcək:

“Həmin rayonlarda sınaqlar edirik ki, sistem ölkə üzrə tətbiq olunduqda istifadə edilən yanaşma sınanmış olsun. 2020-ci ildən bütün ölkə üzrə onun tətbiqinə başlamağı düşünürük”.

Qeyd edək ki, hazırda icbari tibbi sığorta sistemi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 139}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17