respublikainfo

Məhkəmə qərar verdi: "Xədicə İsmayıl hələ iki il ölkəni tərk edə bilməz"

31-01-2018, 15:55

Məhkəmə qərar verdi: "Xədicə İsmayıl hələ iki il ölkəni tərk edə bilməz"














Jurnalist Xədicə İsmayılın barəsində şərti məhkumetmə cəzası ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından kənara çıxışına qoyulan qadağanın götürülməsinə dair məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
“Ölkə.Az”-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Xədicə İsmayılın apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xədicə İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

2016-cı ilin mayın 25-də Ali Məhkəmə Xədicə İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xədicə İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 167}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17