respublikainfo

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Azərbaycandadır — FOTO

4-09-2019, 13:02

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Azərbaycandadır — FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Nümayəndə heyəti sentyabrın 3-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illiyi münasibətilə Azərbaycanda keçiriləcək Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısı oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam da imzalayıb. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır, onun əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 125}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17