respublikainfo

İlham Əliyev din xadimləri ilə görüşəcək

29-04-2019, 15:27

İlham Əliyev din xadimləri ilə görüşəcək















"Bəzi adamlar hakimiyyətə gəlmək istəyir. Amma onlar bacarmayacaq, çünki onların zatı yoxdur".
ONA məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
O qeyd edib ki, Heydər Əliyev Kommunist Partiyasının Siyasi Bürosunda olsa da, həmişə dini əqidəsinə sadiq olub: "Biz moizələrimizdə bugünkü şəraiti yazırıq, ancaq bəziləri onları demir. Bizim borcumuz həqiqəti xalqa çatdırmaqdır. Bəzi imamlarımız, axundlarımızla bağlı belə məsələlərdən xəbərdarıq və bu məsələnin üzərinə qayıdacağıq. Bu gün hər yerdə təmir gedir. Prezident İlham Əliyev hər zaman dini abidələrin, o cümlədən Təzə Pir məscidinin təmirinə xüsusi diqqət ayırıb. Prezident din xadimləri ilə görüşmək istəyirdi. Yəqin ki, bu görüş orucluqdan sonra olacaq. Biz məscidlərdə həqiqətləri insanlara çatdırmalıyıq".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 80}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17