respublikainfo

Kriminal həyata çağırış edir… — İqbal Ağazadə xalq artistini tənqid etdi

26-07-2019, 17:07

Kriminal həyata çağırış edir… — İqbal Ağazadə xalq artistini tənqid etdi

Sabiq millət vəkili, “Ümid” partiyasının sədri İqbal Ağazadə xalq artisti Eyyub Yaqubovu kəskin tənqid edib.
Aznews.az xəbər verir ki, partiya sədri müğənnini dilimizi qorumamaqda, ifa etdiyi bayağı musiqilərlə insanların musiqi zövqünü korlamaqda ittiham edib:
“İctimai Televiziyada təsadüfən Eyyub Yaqubovun konsertindən fraqmentlərə baxdım. İTV rəhbərliyi adına, mədəniyyət naziri adına utandım. Mən Eyyub Yaqubovu qınamıram. Onun oxuya biləcəyi musiqinin sözləri bu qədər ola bilər. Bəs Mədəniyyət Nazirliyi, televiziya rəhbərliyi hara baxır? Ağabala Çaykovski, arvadı moskovski, sovetski - kriminal xəbərlərdə adı birinci, fəxr ediləsi adamlar və s... Nə demək bu, cənablar? Dilimiz qorunmur, bayağı musiqilər və nəticə olaraq, insanların musiqi zövqü korlanır. Ən nəhayətdə, kriminal həyata çağırış edən, bu mahnıları oxuyan xalq artistidir...”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 141}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17