respublikainfo

Azərbaycanda qeyri-adi quzu doğulub - FOTO

14-07-2017, 13:46

Azərbaycanda qeyri-adi quzu doğulub - FOTO

















İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub.

Mynews.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Əliqulular kənd sakini Yaqub Baxışəliyevin təsərrüfatında qeydə alınıb.

Təsərrüfat sahibi indiyə qədər ikiayaqlı və üçayaqlı heyvan görsə də, belə bir quzu ilə rastlaşmadığını deyir. Belə ki, doğulan quzunun alt çənəsi üst çənəyə bitişmədən aşağıda qalıb. Eyni zamanda, quzunun qulaq orqanları və alt çənəsi boğaz nahiyəsinə doğru yerini dəyişib. Bu isə heyvanın qidalanmasına xeyli çətinlik yaradır.

Yeni doğulan quzu artıq 3 gündür yaşayır. O, qidalanmaqda çətinlik çəksə də, digər quzular kimi normal qaçır, yeriyir, həmçinin qoyun-quzu ilə birgə gəzir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 113}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17