respublikainfo

Görünməmiş hadisə: Boksçu ilk raundda rinqdən qaçdı… – VİDEO

27-08-2018, 12:40

Görünməmiş hadisə: Boksçu ilk raundda rinqdən qaçdı… – VİDEO














ABŞ-ın Minneapolis şəhərində əcaib olduğu qədər gülməli hadisə baş verib.

Super-ağır çəkili matç amerikalı Kris Harper və nigeriyalı Efe Acaqbe arasında baş tutmalı idi.

Lakin qarşıdurma başlamamış qurtarıb.

Belə ki, döyüşün başlanmasını bildirən siqnal səslənən kimi, Harper rinqi tərk etmək qərarına gəlib.

O, tamaşaçıların fiti altında zaldan çıxıb.

Sonradan öz hərəkətini Harper belə izah edib ki, guya məsələ heç də qorxuda deyil, qonorarın az olmasındadır…

Baş tutmayan görüşdə isə, Acaqbeye texniki nokautla qələbə yazılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 115}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17