respublikainfo

Azərbaycanda 4 bal gücündə zəlzələ olub

22-08-2019, 14:43

Azərbaycanda 4 bal gücündə zəlzələ olub

Daşkəsən rayonunda zəlzələ olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, təbiət hadisəsi, təxminən, 1-2 dəqiqə davam edib.

Zəlzələ Daşkəsəndə və ətraf rayonlarda hiss olunub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 141}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17