respublikainfo

Naxçıvana uçan təyyarə quşla toqquşdu — Təcili eniş etdi

17-07-2019, 17:14

Naxçıvana uçan təyyarə quşla toqquşdu — Təcili eniş etdi

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.
Bu barədə “Ölkə.Az”a AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.
Təyyarə Bakıda uğurlu eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 136}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17