respublikainfo

Güclü küləklə bağlı əhaliyə – Xəbərdarlıq

18-03-2019, 13:29

Güclü küləklə bağlı əhaliyə – Xəbərdarlıq















Bakı Şəhər İcra Hakimiyyəti gecədən başlayan güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir: “Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur”.

Hazırda paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı çağırışlar daxil olub. Birlik əməkdaşları hadisə yerlərinə yollanıblar. Yaxın saatlarda küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq

Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 80}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17