respublikainfo

Bakı-Balakən sərnişin qatarı yük maşını ilə toqquşdu

29-10-2018, 13:50

Bakı-Balakən sərnişin qatarı yük maşını ilə toqquşdu













Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report” xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi “KamAZ” markalı yük maşınını vurub. Hadisə nəticəsində R.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.

Xəstəxanadan bildirlib ki, R.Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 126}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17