respublikainfo

Tramp: Türkiyə özünü pis aparır

18-08-2018, 14:25

Tramp: Türkiyə özünü pis aparır














Rahib Endryu Bransonu saxlayan Türkiyə “dostcasına” davranmır.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

“Hesab edirəm ki, Türkiyə özünü çox pis aparır. Biz buna dözmək niyyətində deyilik. Məsələ hələ bitməyib”, – dövlət başçısı deyib.

Qeyd edək ki, bu gün İzmir məhkəməsi terrorçulara yardım etməkdə ittiham olunan amerikalı rahib Endryu Bransonu ev dustaqlığından azad etməyib.

Bu, Bransonun vəkilinin məhkəmənin qərarının dəyişdirilməsinə göstərdiyi sayca üçüncü cəhddir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 70}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17