respublikainfo

Pakistandan Qərbə gözdağı - "BABUR" RAKETİNİ SUYUN ALTINDAN ATDILAR

3-04-2018, 12:51

Pakistandan Qərbə gözdağı - "BABUR" RAKETİNİ SUYUN ALTINDAN ATDILAR













Hurriyyet.org xəbər verir ki, Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti Pakistan Dəniz Qüvvələri tərəfindən “Babur” raketinin suyun altından atılan versiyasının (SLCM Babur) sınağının uğurla həyata keçirildiyi xəbərini yayıb. “SLCM Babur”un 450 kilometrlik mənzilə malik olduğu bildirilir.

Mətbuat xidməti ictimaiyyətə açıqlamasında “SLCM Babur”un “bir sualtı dinamik platformadan” atıldığını və hədəfini yüksək dəqiqliklə məhv etməyi bacardığını bəyan edib.

Bundan əvvəl ilk dəfə 2017-ci ilin yanvarında “Babur-3” adlandırılan SLCM sınağı keçirilmişdi. O zaman da raket sualtı mobil platformadan atılmışdı.

Pakistanda yayılan videoda sualtı platformadan atılan raketin dənizdən çıxdıqdan sonra, içərisində olan kapsuldan da çıxaraq hədəfə uçduğu görünür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 59}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17