respublikainfo

Çinli alimdən koronavirus açıqlaması: 20 gün ərzində…

27-01-2020, 13:37

Çinli alimdən koronavirus açıqlaması: 20 gün ərzində…


Çin hökumətinin koronavirusla bağlı tətbiq etdiyi önləyici tədbirlərin 20 gün ərzində nəticəsi bəlli olacaq və virusun yayılma tempinin yavaşlayacağı gözlənilir.

Bu sözləri Çin Mühəndislik Elmləri Akademiyasının akademiki, virusoloq Ven Yumey deyib.

“20 gün öncə xəstəliyə yoluxmuş insanların səbəbindən virusun yayılmasında kəskin artım müşahidə olundu. Profilaktik tədbirlər nəticəsində virusun 20 gün ərzində yayılma tempinin azalmasını görəcəyik”, – Yumey bildirib.

Virusoloq əlavə edib ki, insan orqanizmi tədricən mikroorqanizmlərə qarşı immunitet əldə edir ki, nəticədə viruslar ölür.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı artıq 2000 nəfəri ötüb. Çin hökuməti 56 nəfərin öldüyünü bildirib.  /Axar.az/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 78}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17