respublikainfo

Gürcüstan-Rusiya sərhədində gərginlik

29-12-2018, 14:39

Gürcüstan-Rusiya sərhədində gərginlik















Gürcüstan ilə Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsində böyük avtomobil tıxacı yaranıb.

Teleqraf.com xəbər verir ki, sərhəddə 500-dən çox yük və minik avtomobili yolun açılmasını gözləyir. Lakin aramsız yağan qar və şaxta yolda avtomobillərin hərəkətinin bərpasına imkan yaratmır.

Sərhəddə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və digər ölkələrə məxsus avtomobillər də var.

Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir.

Yuxarı Larsda çoxfunksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, Gürcüstanla Rusiyanı birləşdirən yeganə avtomagistral Yuxarı Lars yolu güclü qar, şaxta və qar uçqunu səbəbindən dekabrın 26-da saat 16:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 114}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17