respublikainfo

Parlament Paşinyanı baş nazir seçmədi

25-10-2018, 13:38

Parlament Paşinyanı baş nazir seçmədi















Ermənistan parlamenti bu gün baş tutan xüsusi iclasında yeganə namizəd olan Nikol Paşinyanı baş nazir postuna seçməyib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, onun namizədliyi leyhinə heç kim səs verməyib, əleyhinə isə cəmi bir nəfər səs verib. Paşinyana seçilməsi üçün 53 səs lazım olub.

Nikol Paşinyan namizədliyinin seçilməsi və ya seçilməməsi üçün deyil, növbədənkənar parlament seçkiləri ilə bağlı spekulyasiyadan qaçmaq üçün irəli sürüldüyünü bəyan edib.

Qeyd edək ki, Paşinyan özü oktyabrın 16-da istefa verib. İstefasında məqsəd isə dekabrda erkən parlament seçkilərinin keçirilməsinə zəmin hazırlamaqdır. Ölkə konstitusiyasına əsasən, parlament o halda buraxıla bilər ki, əgər iki dəfə hökumət başçısını seçmək mümkün olmasın. Son cəhd bir həftə sonra baş tutacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 96}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.respublikainfo.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Şirinov Təşəkkür
Tel: (+994 50) 714-58-17